DentaLab haqqında

DentaLab haqqında

1998-ci ildən ortopedik stomatologiya sahəsində fəaliyyətə başlayan DentaLab artıq 17 ildirki öz keyfiyyətli xidmətlərini stomatoloqlara böyük məmnunluq hissi ilə təqdim etməkdədir. Laboratoriyamız metal-keramika, metalsız-keramika (cat/cam), güdül, implant, bugel protezlər, vinirler və s. digər stomatoloji xidmətlər üzrə ixtisaslaşıb. Bundan əlavə təcrübəli mütəxəssislərimiz tərəfindən mütəmadi olaraq yeni başlayan stomatoloqlarla görüşlər təşkil edilir və dişlərin düzgün yonulması, ölçülərin düzgün çıxarılması və s. istiqamətlərdə zəngin təcrübəmizi bölüşürük. DentaLab-da beynəlxalq sertifikatli və işinin əsl peşəkarları olan mütəxəssislər fəaliyyət göstərir. Onlar mütəmadi olaraq dünyanın müxtəlif ölkələrində təcrübə keçir, stomatoloji sərgilərdə iştirak edərək həm yeni texnologiyalardan xəbərdar olur və həm də öz biliklərini dərinləşdirirlər.